BUSP-az.com AmericaRu-ya istinadən xəbər verir: Amerikada məşhur kantri-müğənni Deniel Li Martin (Daniel Lee Martin) özünə qəsd edib. Hadisə müğənniyə qarşı pedofiliya ittihamından sonra baş verib. Martin həm də realiti-şou aparıcısı olub. Müğənninin cəsədi Floridada evində aşkarlanıb. 54 yaşlı Martin özünü odlu silahla öldürüb. Müğənninin cəsədini onu həbs etmək üçün gəlmiş polislər aşkarlayıb. Müğənni 2014-2018-ci illərdə 13 yaşlı üç uşağı zorlayıb. Martin polisin çağırışına hədə ilə cavab verib. Amerikada sənət adamları arasında pedofiliya genişlənməkdədir. Hakimiyyət bu cinayətin genişlənməsinə səbəb olan pedofiliya xidməti göstərən saytları belə bağlamağa cəhd göstərmir.