21 yaşdan aşağılara mobil telefon qadağası

BUSP AmericaRu.com-a istinadən xəbər verir: Amerika hökuməti tarix boyu ölkəsi ilə dünya ölkələri arasında fərq qoyub. Bəzən ABŞ-da qadağan olunmuş məhsullar, proqramlar, internet resursları dünyaya həvəslə ötürülüb. Bu gün Amerikada proqram təminatı ilə məşğul olan tanınmış şirkətlər uşaqlar üçün əxlaqa zidd oyunlar və filmlər hazırlasalar da Amerikanın özündə bu məhsulların çoxu qadağan edilir. Əlbəttə söhbət təkcə əxlaqi dəyərlər deyil, həm də təhlükəsizlikdir. Vermont ştatından senator Con Rocers konqresə mobil telefonlardan istifadə ilə bağlı qanun layihəsi təqdim edib. Layihəyə əsasən 21 yaşı tamam olmamış gənclərə mobil telefondan istifadə qadağan olunur. Layihə qəbul olunsa ştatda bu qanunu pozanlar ya bir il azadlıqdan məhrum ediləcək, ya da 1000 dollar cərimələnəcək. Rocers müxtəlif səbəblər göstərir. Əsas səbəblərdən biri avtomobil qəzalarında mobil oyunlara düşən paydır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir