80 min avro ver, Mona Liza ilə görüş!!

BUSP-az.com Forbes-ə istinadən xəbər verir: Dünyaya hakim kompaniyalar, brendlər, o cümlədən muzeylər koronavirus pandemiyası dövründə itirdikləri pulları nə yolla olur-olsun ələ keçirməyə çalışırlar. Pandemiyaya görə 90 milyon avro itirən Parisin Luvr muzeyi də bu yarışmaya qatılıb. Muzey rəhbərliyi bütün əxlaq və alicənablıq qaydalarını ayaq altına alaraq Leonardo da Vinçinin məşhur Mona Liza (Cakonda –  Ritratto di Monna Lisa del Giocondo) əsəri ilə görüşə 80 min avro qiymət təyin edib. Bu məbləği ödəyənlər mühafizə şüşəsi olmadan Mona Lizanı görə bilər. Luvrun direktoru ilə birlikdə boş muzeydə gəzinti üçün bilet 38 min avrodur. Hər yolla pul qazanmağa çalışan Allahsız sərmayədarlar virusa qarşı dərmanlardan da böyük qazanc gözləyir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir