ABŞ Əfqanıstandan çıxmağı götür-qoy edir

BUSP-az.com RİA-ya istinadən xəbər verir: ABŞ öz hərbi qüvvələrinin Əfqanıstandan tam çıxmasını istisna etmir. Bu, 1 maya qədər reallaşa bilər. Bu barədə dövlət katibi Entoni Blinkenin Əfqanıstan prezidenti Əşrəf Qəniyə məktubunda deyilir: Vaşinqtonda siyasi proses davam edir. Biz öz qüvvələrimizin 1 maya qədər Əfqanıstandan tam çıxmasını götür-qoy edirik…
Pentaqon əvvəllər bildirmişdi ki, Taliban razılaşmadakı şərtləri yerinə yetirsə, ABŞ qüvvələri 1 maya qədər Əfqanıstanı tərk edə bilər. Xatırladaq ki, fevralın axırlarında Qətərdə ABŞ-la Taliban arasında razılaşma imzalanmışdı. Razılaşmaya əsasən 14 ay ərzində ABŞ qüvvələri Əfqanıstandan çıxmalı idi. Hazırda Əfqanıstanda 10 min NATO hərbçisi var.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir