ABŞ brendləri inklüziv dilə keçir!

BUSP-az.com RG.ru-ya istinadən xəbər verir: Twitter “ağa”, “qul”, “qara siyahı” kimi milli və irqi dözümsüzlük yaradan sözləri proqram kodundan çıxarmağa məcbur olub. Qaradərililəri aşağılayan sözlər sosial şəbəkələrin ən adi sözləri sırasındadır. Twitter bu addımı ilə rasizm cəbhəsində olmadığını göstərmək istəyir. Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra Twitter də irqi ayrıseçkilikdə ittiham edilib. Artıq daha inklüziv (mən və sən, biz və siz müstəvisində təqdimat) danışıq metodu seçilir. İyunda Twitter-in təsisçisi Cek Dorsi afroamerikalı futbolçu Kolin Kopernikə 3 mln dollar bağışlamışdı. Facebook da irqi və milli dözümsüzlük təbliğ edən akkuantları silir. Məşhur ABŞ brendləri öz loqotiplərini dəyişir. Quaker Oats kompaniyası öz “Cemima xala” sirop xəttinin və ərzaq məhsullarının adını dəyişir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir