ABŞ büdcəsində tarixi borc

BUSP-az.com RG.ru-ya istinadən xəbər verir: ABŞ Maliyyə Nazirliyinin açıqlamasına əsasən koronavirus pandemiyası ölkə iqtisadiyyatını çökürmək üzrədir. Ölkə tarixində büdcə kəsri ilk dəfə astronomik həddə, 3,1 trilyon dollara çatıb. 2009-cu ildə büdcə böhranı zamanı cəmi 1,4 trilyon dollar defisit olub. Prezident seçkiləri öncəsi iqtisadiyyatın belə krisiz yaşaması seçkilərdən sonra müsbətə doğru ciddi dönüşü mümkünsüz edir. Hətta bəzi ekspertlər artıq ABŞ-da iqtisdi dirçəlişi mümkünsüz sayır. 4 il öncə ilə müqayisədə bu proqnoz ciddi qəbul edilə bilər. 2016-cı ildə Tramp prezident seçiləndə dövlət borcu 14,4 trilyon dollar olub. Hazırda dövlət borcu 21 trilyon dollardır. Bu barədə The Washington Post yazıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir