ABŞ Çinlə açıq düşmənçilik edir

BUSP HuffPost.com-a istinadən bildirir: Dünya Çin mallarının keyfiyyətsizliyindən narazı olsa da bu malları həvəslə alır. Çin malları dünya əhalisinin əksəriyyətini təşkil edən aztəminatlı ailələrin imkanlarına daha çox uyğundur. Pekinlə normal iqtisadi rəqabət aparmağa aciz olan Vaşinqton iqtisadi təxribata əl atır. Dünyanın siyasi müstəvisində sərt mövqeyi ilə tanınan Çin Vaşinqtona güzəştə gedəsi ölkə deyil. Pekin Vaşinqtonun heç bir təxribatçı addımını cavabsız buraxmır. Trampın Huawei şirkətinə qarşı düşmən münasibəti isə çinlilərin səbr kasasını daşdırdı. Bir çox Amerika mallarına qadağa tətbiq edən Çin iqtisadi rəqabətdə liderliyə iddialıdır. The Global Times Amerikaya qarşı xalq tərəfindən müharibə elan edildiyini yazır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir