ABŞ-da 49 nəfər soyuqdan həyatını itirib

BUSP-az.com AmericaRU.com-a istinadən xəbər verir: Amerikanın Texas və digər ştatlarında elektrik enerjisi və istilik olmadığından 49 nəfər dünyasını dəyişib. Qış çovğunları səbəbindən milyonlarla insanın həyatı təhlükədədir. Ötən cümə axşamı günü Texas və digər bölgələrdə 800 min insan işıqsız, milyonlarla insan içməli susuz qalıb. Ağır hava şəraiti vaksinləmə işini də dayandırıb. Hələ ki Texas, Arkanzas, Missisipinin aşağı sahilində həyat şəraiti ağırlaşmaqda davam edir.
Amerikanı yer üzünün cənnəti sayanlar hazırki faciəli durumu izləyərkən bir sualla qarşılaşır: ABŞ hökuməti təbii fəlakətin nəticələrini aradan qaldırmaqda acizdir? Dünyanı müharibə meydanına çevirmiş Vaşinqton nə üçün əhalinin köməyinə gəlmir? Bu suala Amerika xalqı daha düzgün cavab verir: Hökumətimiz dünyanı demokratikləşdirməklə məşğuldur!!

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir