ABŞ-da ailə daxilində qətllər ənənə şəkli alır

BUSP AmericaRu.com-a istinadən xəbər verir: Amerikada azad silah satışı ilə əlaqələndirilən qətllərin statistikası artmaqdadır. Əslində ekspertlər bunu cəmiyyətdəki psixoloji problemlərlə əlaqələndirir. Bir neçə gün öncə Yuta ştatında 16 yaşlı gəncin 4 ailə üzvünü odlu silahla qətlə yetirməsi bir daha ailə zəminində münaqişələrin pik həddə çatdığını göstərdi. 16 yaşlı Kolin Cey Heyni anasını və bacılarını qətlə yetirib. 50 yaşlı atası ona hücum edən Kolinin əlindən silahı alarkən ayağından yaralanıb. Kolinin cinayət əməliyyatı 5 saata qədər uzanıb. Yeniyetmənin yetkinlik yaşına çatmış şəxs kimi mühakimə olunacağı bildirilir. Qətlin motivləri aydın deyil. Kolin anasını və bacılarını qapının ağzında bir neçə atəşlə qətlə yetirib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir