ABŞ-da COVİD-19-dan artıq 53 min insan ölüb!

BUSP Forbesə istinadən xəbər verir: Koronavirusa yoluxma siyahısına liderlik edən Amerikada pandemiya artıq 53780 min nəfərin həyatına son qoyub. Bu rəqəm dünyada virusdan ölənlərin 25 faizdən çoxunu təşkil edir. Məlumatı yayan Con Hopkins Universiteti ABŞ dövlətinin bacarıqsızlığı və səhiyyənin yarıtmaz vəziyyətdə olmasını ölüm sayına təsirli amil kimi göstərir.
Nyu-York yoluxma episentri olaraq qalır. 282143 yoluxma, 22009 ölüm rekord göstəricidir. Dünyada koronavirusa 2,8 mln nəfər yoluxub, 200 min nəfər ölüb. Çində epidemiya başlayan zaman bunu istehza ilə qarşılayan ABŞ prezidenti Tramp artıq hadisələri başına buraxmış kimi görünür.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir