ABŞ-da geylər hakimiyyətə gəlir?

BUSP 24tv.ua-ya istinadən xəbər verir: ABŞ-da 2020-ci il prezident seçkilərində Trampın yeni rəqibi Pete Buttigieg rəsmən gey olduğunu elan edib. İndiana ştatında South Bend şəhərinin bələdiyyə başçısı olan Pete Buttigieg orta məktəb müəllimi Çasten Qlezmanla rəsmən nikaha daxil olub. Əfqanıstan müharibəsi veteranı olan Pete Buttigieg demokratların Sandersdən sonra ikinci namizədidir. O seçilərsə, Amerikanın ilk gey prezidenti olacaq. Buttigieg professorlar ailəsində doğulub. İspan, italyan, malta, ərəb, dəri, norveç, fransız dillərini bilir. Marixuananın leqallaşdırılması tərəfdarıdır. Homoseksual “ailə” iki it saxlayır. İlk baxışda bəzilərini əyləncəli görünən bu məsələ dünyanın siyasi həyatında dönüş ola bilər. Xatırladaq ki, dünyanın böyük bir hissəsi geyləri əxlaqsız zümrə kimi dəyərləndirir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir