ABŞ-da iqtisadiyyat da daxil olmaqla müxtəlif sahələrdə ağır bir böhran yaşanır

BUSP-az.com xarici mediaya istinadən xəbər verir:
Rasa Beynəlxalq Xəbər Agentliyinin verdiyi məlumata görə, Ali Rəhbərin Suriyadakı nümayəndəsi Ayətullah Seyid Əbülfazl Təbatəbai ABŞ-ın iqtisadi tənəzzülünə toxunaraq deyib:
Amerika Birləşmiş Ştatları bu gün müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyatda ağır böhranla üzləşib. Bu, milyonlarla amerikalının ABŞ hökumətinin siyasətindən narazılığına səbəb olub.”
O əlavə edib: “ABŞ tənəzzül edir və müasir korona epidemiyası da ABŞ-dakı vəziyyəti əvvəlki dövrlərə nisbətdə daha da pisləşdirib.”
Ali Rəhbərin Suriyadakı nümayəndəsi, İranın ABŞ-ın düşmənçilik və təhdidlərinə qarşı müqavimətinin qırx illik təcrübəsinə istinad edərək deyib:
Ayətullah Xameneinin müdrik rəhbərliyi ilə xalqın səbri və əzmkarlığı ABŞ-ın məhvinə səbəb oldu və bütün təhdidlərə baxmayaraq, İranın neft gəmilərinin Venesuelaya çatmasına mane ola bilmədilər.
O çıxışının sonunda Suriya xalqına müraciət edərək deyib: “Suriyanın İŞİD və digər təkfirçi terrorçulara qarşı mübarizədəki böyük təcrübəsi təqdirə layiqdir və son qələbə yaxın zamanda əldə ediləcək.”
Həmçinin, ABŞ Prezidenti Donald Trampın irqçi siyasəti ölkənin iqtisadi böhrandan əlavə, sosial və siyasi böhranlarla üzləşməsinə səbəb olduğunu xatırlatmaq yerinə düşər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir