ABŞ-da istehsal texnologiyası böhran yaşayır

BUSP RG.ru-ya istinadən xəbər verir: ABŞ-da yeni Boeingin sınaq uçuşu dayandırılıb. Boeing 777X modelinin sınaq uçuşuna son anda icazə verilməyib. Ümumiyyətlə Boeing dünya miqyasında nüfuzunu itirməkdədir. Bu təyyarənin adı ən çox qəzaya uğrayan təyyarələr sırasındadır. Korporasiya Boeing 777X-ın sınaq uçuşunun dayandırılmasını hava şəraiti ilə əlaqələndirsə də mütəxəssislər texniki nasazlıq ehtimalının güclü olduğunu bildirir. Təyyarə Payn-Fild hava limanında uçuş zolağında 2 saat gözləyib. Mütəxəssislərin yanacaq sərfiyyatı baxımından effektiv və ən nəhəng model adlandırdığı Boeing 777X iki mühərriklə təchiz olunub. İstənilən bir halda sınaq uçuşunun təxirə salınması Boeing-in nüfuzuna zərbədir. Bir çox ölkələr korporasiyanın böhran yaşadığını nəzərə alaraq Boeing-dən imtina etməyi planlaşdırır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir