ABŞ-da məktəbin pəncərəsindən nasist bayraq asılıb

BUSP AmericaRu.com-a istinadən xəbər verir: Amerikada yeniyetmələr və gənclər arasında irqçilik, faşizmə meyl güclüdür. Bu günlərdə Merilend ştatında orta məktəb binasında faşist bayrağının asılması ölkə mediasında manşet xəbərə çevrilib. Ştatın mərkəzində yerləşən Frederika şəhərində qubernator Tomas Consonun görüşünə gələn rəsmilər məktəb binasında faşist bayrağını özləri görüb. Bayraq məktəbdə basketbol oyunu keçirilən zaman pəncərəyə taxılıb. Məktəb pəncərəsində bayrağın şəkili qısa müddətdə sosial şəbəkələrdə yayılıb. Məktəbdən verilən izahata görə bayraqdan tarix dərslərində istifadə olunurmuş. Buna görə məktəb rəhbərliyi üzr də istəyib. Amma tarix dərsində böyük faşist bayrağı nəyə lazımdır sualı cavabsız qalıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir