ABŞ-da “milli rüsvayçılıq”!

BUSP-az.com Rg.ru-ya istinadən xəbər verir: ABŞ prezidenti Co Bayden ölkədə silaha nəzarətlə bağlı vəziyyəti milli rüsvayçılıq adlandırıb. Prezident cümə günü FedEx kompaniyasında 8 nəfərin odlu silahla qətlə yetirilməsindən sonra bu bəyanatı səsləndirib. Bayden silah satışı, silaha nəzarət sahəsində islahatlar aparacağını vəd edib. ABŞ prezidenti 100 patronlu silahın xalqın əlində olmasına ehtiyac duyulmadığını qeyd edib. Bayden administrasiyası 7 apreldə silaha nəzarətin sərtləşdiriləcəyi barədə bəyanat verib. Bayden bu işdə konqresin qərarını belə gözləməyəcəyini dilə gətirib. Amma bu qərara təkcə silah alverçiləri müxalif deyil. Amerika xalqı ölkədə kriminogen duruma görə evdən silahsız çıxmır. Çoxları belə hesab edir ki, silah satışına nəzarət sərtləşdirilsə, cinayətlər daha da artacaq.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir