ABŞ-da nəhəng pizzeriyalar bankrot oldu!

BUSP-az.com Bloomberg-ə istinadən xəbər verir: Amerikada iki nəhəng pizzeriya şəbəkəsi müflis olub. Wendy`s və Pizza Hut şəbəkələri iflasa uğraması barədə bəyanat verib. Pizza Hut-un 1200, Wendy`s-in 400 xidmət mərkəzinin operatoru NPC International şirkəti iflasdan kömək üçün müraciət edib. Françayzinq (françayzinq – bir tərəfin haqq əsasında o biri tərəfə öz əmtəə nişanından istifadə etməsinə rəsmi icazəsidir) sahibləri koronovirus pandemiyasına görə 1 mlrd dollar zərərə düşüb. NPC restoranları şirkət restrukturizasiya edənə qədər işləyəcək. NPC-də 27 ştatda 6500 mərkəzdə 40 000 insan çalışır. Covid-19 pandemiyası ilə bağlı ABŞ-da işsizlərin sayı artmaqdadır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir