ABŞ-da qətllərin sayı sürətlə artır

BUSP-az.com AmericaRu-ya istinadən xəbər verir: Amerikanın böyük şəhərlərində qətllərin sayı sürətlə artır. Qətllərin odlu silahla həyata keçirilməsi ölkədə kriminogen vəziyyətin ağır olduğunu göstərir. Bir çox meqapolislər, o cümlədən Nyu-York, Filadelfiya, Çikaqoda küçədə odlu silahla qətl adiləşib və bu vəziyyət əhalidə qorxu yaradıb. Zorakılıq cəmiyyətin durumuna ciddi təsir edir. Koronavirus şəraitində psixoloji gərginlik daha ağırdır. Nyu-Yorkda 1 yanvardan iyulun sonuna qədər 77 atışma olub və bu rəqəm 2019-cu ildə bütün Amerikadakı atışmaların sayından çoxdur. Çikaqoda 2020-ci ilin ilk 7 ayında 240 nəfər qətlə yetirilib. Wall Street Journal-ın 50 şəhərdə apardığı araşdırmaya görə, qətllərin sayı ötən il ilə müqayisədə 24% artıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir