ABŞ-da yardım üçün müraciət edən işsizlərin sayı artıb

BUSP-az.com Qolos-a-ya istinadən xəbər verir: ABŞ-da işsizliyə görə yardım üçün müraciətlərin sayı kəskin şəkildə artmaqdadır. Bu barədə Əmək Nazirliyi məlumat verib. Bu həftə ərzində 742 min amerikalı yardım üçün müraciət edib. Bu, ötən həftə ilə müqayisədə 31 min nəfər çoxdur. Beş həftədir ki, müraciət sayı 800 min civarındadır.
Əmək Nazirliyi bildirir ki, ölkədə rəsmi 6,4 milyon işsiz var. Bu, əhalinin 4,3 faizini təşkil edir. Pandemiyanın böhran dönəmində bu rəqəm 14,7 faizə yüksəlmişdi.
Hazırda hər gün 170 min nəfər koronavirusa yoluxur. Bu şaraitdə məcburi məhdudiyyətlər iş yerlərinin ixtisara salınması ilə müşayiət edilir. Yeni il günlərində isə şənliklər qadağan edilib, əhaliyə evdən çıxmamaq göstərişi verilib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir