ABŞ Gürcüstanı koloniyaya çevirir

BUSP-az.com EAdaily.com-a istinadən xəbər verir: ABŞ Gürcüstanda Rusiya və Çinsiz liman ardıncadır. Rəsmi Tbilisi də Vaşinqtonla əməkdaşlığa üstünlük verir. Bu günlərdə Gürcüstan tərəfi ABŞ-ın Frontera neft şirkəti ilə əməkdaşlığı davam etdirmək istədiyini bildirib. Frontera üzərinə götürdüyü öhdəçilikləri yerinə yetirməməkdə ittiham olunurdu. Gürcüstanın xarici işlər naziri David Zalkaliani mətbuata bildirib ki, şirkətlə əməkdaşlığın davam etdirilməsi iqtisadi maraqlar yox, Gürcüstanın strateji maraqları ilə bağlıdır. ABŞ Anakliya limanını ələ keçirmək istəyir. Çoxları Gürcüstanı ABŞ-ın koloniyası adlandırır. Frontera ilə əməkdaşlıqdan nə qədər qazanc olmasının bu günə qədər gizlədilməsi də suallar doğurur. Anakliyada Çin və Rusiyanın maraqları olsa da Tbilisi Vaşinqtonun təzyiqi ilə bu iki ölkənin şirkətlərini Gürcüstandan uzaqlaşdırır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir