ABŞ: Həkimlər əksər xəstələrə opioid yazır!

BUSP-az.com AmericaRU.com-a istinadən xəbər verir: Amerikada müalicə xərclərinin artması, psixi pozğunluqla bağlı xəstəliklərin çoxalması həkimləri narkotik mənşəli ağrıkəsicilərin təyininə sövq edir. Birləşmiş Ştatlarda “narkotiklə müalicə” epidemiyası yaşanır.
Son günlər 5 xəstənin ölümü ilə nəticələnmiş narkotika nüsxəsi qalmaqalı gündəmdədir. Nassay dairə prokurorluğunun verdiyi məlumata əsasən, xəstələri hətta otellərdə qəbul edən Corc Blatti (George Blatti) narkotika mənşəli dərmanlar təyin edəndə xəstəlik tarixçələrini araşdırmağı belə lazım bilməyib. Nəticədə 5 xəstə dünyasını dəyişib. Lonq-Aylendli həkimə qarşı 54 bənd üzrə ittiham irəli sürülüb. Amma Blatti narkotik dərmanlara üstünlük verən yeganə həkim deyil. ABŞ cəmiyyətinə hakim olmuş depressiya, psixoloji gərginlik həkimlər üçün başqa yol qoymayıb. Xəstələrin də əksəri uzun müalicə yolu keçmək üçün maliyyə imkanlarına malik deyil.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir