ABŞ hiper səs silaha yatırımını artırır

BUSP Russian.RT.com-a istinadən xəbər verir: ABŞ dünyanın bir çox ölkələrini silahlanmada ittiham edir, hətta buna görə bəzi ölkələrə sanksiya nəzərdə tutur. Dünyaya məlumdur ki, Vaşinqton dünyada sülh ardınca deyil. Bunun dəlili Amerikanın hər gün yeni silahlara yiyələnməsidir.
Pentaqonun başçısı Mark Esper bildirir ki, ABŞ hiper səs silahların istehsalına maliyyə vəsaitini iki qat artırıb. Vaşinqtonda Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin iclasında çıxış edən Esper deyib: Hiper səs silahlara maliyyə vəsaiti iki dəfəyə yaxın artırılıb. 2020-ci ildən başlayaraq 5 il müddətində bu sahəyə 5 milyard dollar əlavə xərclənəcək. Bununla belə ABŞ Silahlı Qüvvələrinin baş ştab sədrinin müavini Con Hayten bildirib ki, ABŞ bir çox sahələrdə maliyyə vəsaiti ayıra bilmədiyindən başqa ölkələrdən geri qalır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir