ABŞ-ın bioloji silah fəaliyyətləri

Dünyada müharibə, aclıq, istiləşmə, pandemiya kimi bəlalarda ABŞ-ın təqsirli sayılması, dünya ictimaiyyətinin Vaşinqtonu bəşəriyyətin qatili kimi dəyərləndirməsi təsadüfi deyil.


ABŞ artıq Ukraynada gizli laboratoriyalarının mövcudluğunu etiraf edir. Təbii ki, faktlar qarşısında qalmış Ağ Ev bu mövzunun inkar edilməsi yox, yozulması yolunu daha münasib sayıb. Amerikanın Ukraynadakı səfirliyi ilk dəfə rəsmi olaraq viruslar üzərində təcrübə aparan laboratoriyaların sayını açıqlayıb. “Strana” nəşriyyəsi yazmışdı ki, Həyat Uğrunda müxalifət platformasından deputatlar Penat Kuzmin və Viktor Medvedçuk prezident Zelenskiyə sorğu göndərib, Pentaqon tərəfindən nəzarət edilən 15-dən çox bioloji laboratoriya haqqında açıqlama istəmişdilər. 3 səhifəlik sorğu məktubunda Ukrayna ərazisindəki ABŞ laboratoriyalarının hansı əsasla saxlandığı soruşulurdu. Bu laboratoriyalara Pentaqon birbaşa nəzarət edir və Ukrayna hökumətinin bu əraziya müdaxilə icazəsi yoxdur. Sorğuda prezidentin nəzərinə çatdırılırdı ki, Amerika laboratoriyalarının fəaliyyəti dövründə Gürcüstan ərazisində ölümlə nəticələnən qeyri-adi, müayinədə tanınmayan xəstəliklər qeydə alınıb.


11 il qabaq Ternopolda tanınmayan virus yaranıb. Daxili qanaxma ilə müşayiət olunan ağ ciyər iltihabından 450 ukraynalı ölüb. 2011-ci ildə Ukraynada vəbadan 33 nəfər ölüb. 2014-cü ildə 800 nəfər vəbaya yoluxub. 2016-cı ildə Xarkovda virus qripinə bənzər xəstəlikdən 20 hərbçi ölüb, 200-dən çox hərbçi qospitala yerləşdirilib. İki ay sonra ölkədə 364 ölüm hadisəsi qeydə alınıb. Deputatlar iddia edir ki, bütün bu ölümlərin səbəbi 2009-cu il pandemiyasına səbəb olmuş donuz qripi olub.

ABŞ-ın gizli laboratoriyaları Ukraynada prezident Yuşenkonun dövründə, 2005-ci ilin avqust ayında işə başlayıb. Yanukoviçin dövründə laboratoriyaların fəaliyyəti dayandırılıb. Bu təhlükəli laboratoriyaların fəaliyyətini 2016-2019-cu illərdə səhiyyə naziri olmuş Ulyana Suprun dəstəkləyib.


Prezidentə ünvanlanan sorğuda bildirilir ki, Vaşinqton dünyada bioloji eksperimentlərə 2,1 milyard dollar büdcə ayırıb. Bu məbləğ ABŞ-da “Təhlükəsizlik təhdidinə qarşı agentliyin” hesabına yatırılıb. Ukraynada bioloji laboratoriyaları təmin edən də bu agentlikdir. Bu fəaliyyətdə 1993-cü ildə yaradılmış beynəlxalq qurum olan “Ukrayna Elmi-texniki Mərkəzi” də iştirak edir. Bu mərkəzi də ABŞ hökuməti maliyələşdirir və əməkdaşlarının Diplomatik İmmuniteti (toxunulmazlığı) var. “Ukrayna Elmi-texniki Mərkəzi” özü kütləvi qırğın silahlarının sınağını maliyələşdirir. Təşkilata bir sıra Avropa və Asiya ölkələri də daxildir.

Zelenski sorğunu cavablandırmayıb. Amma ABŞ səfirliyi bu dəfə mövcud ittihamı böhtan adlandırıb Moskvanın ayağına yazmayıb, laboratoriyaların sırf elmi işlə məşğul olduğunu iddia edib. Səfirliyin açıqlamasında deyilir: “Bizim müştərək fəaliyyətimiz zəmanət verir ki, təhlükəli zərrələr nəzarətdən çıxsın. Biz Gürcüstan Səhiyyə Nazirliyi, Milli Akademiya, Müdafiə Nazirliyi ilə əməkdaşlıq etdiyimizə görə məmnunuq…”

“Strana” nəşriyyəsi yazır ki, Amerikanın dünyada 400-dən çox bakterioloji laboratoriyası var. Ukraynada ən azı 15 laboratoriya fəaliyyət göstərir. 3 laboratoriya Lvovda, Kiev ətrafındadır. Odessada, Vinnisada, Ujqorodda, Xersonda da laboratoriyalar var. Hər laboratoriya öz işinə görə 2 milyon dollara qədər pul alır. 2005-ci il 29 avqustda Ukrayna ilə ABŞ arasında müqaviləni Pentaqon Ukrayna Səhiyyə Nazirliyi ilə imzalayıb. Ukrayna hökuməti laboratoriyalar barədə sorğuları cavablandırmamaq barədə öhdəçilik götürüb.


2018-ci ildə Gürcüstanın sabiq təhlükəsizlik naziri İqor Qiorqadze Moskvada mətbuat konfransında rusofob senator Riçard Luqaranın adını daşıyan ABŞ laboratoriyasının gizli fəaliyyətləri barədə sənədləri nümayiş etdirib. Qiorqadze “səbəbsiz ölümləri” təsdiqləyən konfidensial sənədlər təqdim edib. Eks-nazir vaksin sınağında 181 nəfərin ölməsi ilə bağlı sübutlar açıqlayıb. Qiorqadze prezident Trampa, 108 hüquq müdafiə təşkilatına, Avropanın humanitar təşkilatlarına müraciət etsə də, heç kimdən cavab almayıb.


Daha hansı ölkələrdə laboratoriya var və bu laboratoriyalarla bağlı vəziyyət necədir? Ukrayna və Gürcüstanda mövzunun daha qabarıq olması ictimai-siyasi fəzanın azad olması ilə bağlıdır. Olsun ki, vəziyyətin daha faciəli olduğu ölkələr var, amma səsi çıxan yoxdur. Hökumətlərin cəmiyyətdən gələn sorğuları cavablandırmaması isə onların bu cinayətlərə şərik olduğunu göstərir. Hər halda ortada böyük pullar var və demokratiya şüarı ilə hakimiyyətə gələnlərin qısa müddətdə korrupsiyalaşdığına şahidik.

Məqalədə Regnum, TASS, AiF saytlarının materiallarından istifadə olunub

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir