ABŞ iqtisadiyyatının tarixi süqutu

BUSP-az.com AmericaRu-ya istinadən xəbər verir: ABŞ iqtisadiyyatında tarixin görünməmiş süqutu müşahidə edilməkdədir. Apreldən iyuna qədər ABŞ iqtisadiyyatında resessiya* 32,9% olub. Amerika tarixində belə tənəzzül görünməyib. Bu barədə İqtisadi Analiz Bürosu açıqlama verib. Bu il yazda lokdaun* zamanı biznesdə ciddi tormozlanma baş verdi. Tarixdə ilk dəfə ABŞ-ın iqtisadi ekspansiyası dayandı, uzun illərin iqtisadi inkişafı bir neçə həftəyə puça çıxdı. Büronun ekspertləri bildirir ki, böhran rəqəmlərdə göründüyündən qat-qat ağırdır. 20-30 milyon insan iş yerini itirib. Hakimiyyət biznesi yaşatmaq üçün neçə trilyon dollar xərcləməyə məcbur olub.
*recession – İqtisadiyyatın yüksəliş fazasından sonra gələn və iqtisadi fəallığın bir müddət davamlı olaraq geriləməsi ilə müşayiət olunan fazasıdır. Texniki olaraq, adətən, ardıcıl iki rüb ərzində iqtisadi artım tempinin mənfi olması (ÜDM və ÜMM-in səviyyəsinin azalması) halı resessiya sayılır. Resessiya istehsal həcminin, o cümlədən sənaye istehsalı həcminin, birja indekslərinin, real gəlirlərin və tələbin azalması, kapitalın xaricə axınının güclənməsi və işsizlik səviyyəsinin artımı kimi proseslərlə müşayiət olunur.
*lokdaun – fövqəladə vəziyyətlə bağlı “evdə qal” rejimi

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir