ABŞ Kosmik Qüvvələri Ərəbistan Yarımadasında

BUSP-az.com Golos-Ameriki.ru-ya istinadən xəbər verir: ABŞ Hərbi Kosmik Qüvvələri Ərəbistan Yarımadasında yerləşib. Əl-Udeyd bazasında Kosmik Qüvvələrin “baş kosmos operatorları” dəstəsi işləyəcək. Dəstənin vəzifəsi peyklərin idarə edilməsi və düşmən qüvvələrin manevrlərinin izlənməsidir.
Qətərin Əl-Udeyd aviabazasındakı ilk xarici eskadriliyaya yeni yaradılmış ABŞ Kosmik Qüvvələrinin 20 pilotu daxildir. Kosmik Qüvvələr Trampın aktiv iştirakı ilə yaradılmış 6-cı ordu növüdür. Bazadakı qüvvələrin rəisi Todd Bensen Associated Press-ə deyib: Biz başqa ölkələrin yerdəki konfliktləri kosmosa necə daşımasına şahidik. Öz maraqlarımızı qorumaq üçün bu istiqamətdə addım atırıq.
Əl-Udeydə bazasındakı operatorların sayını yaxın vaxtlarda artırmaq nəzərdə tutulur. Amerika əvvəlki kimi dünyaya nəzarət və hakimlik layihələrini davam etdirir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir