ABŞ mübahisəli ərazidir!

BUSP-az.com Golos-Ameriki.ru-ya istinadən xəbər verir: Amerika 4 iyulu ABŞ-ın Müstəqillik Günü kimi qeyd etməlidir. Tarixçilər bildirir ki, ziddiyyət Amerika tarixinin qanuni səciyyəsidir. Bu dəfə Müstəqillik Günü COVİD-19 pandemiya, anti-irqçi aksiyalar şəraitində qeyd olunur. Son aylarda işsizlik təqaüdü üçün 42,6 mln amerikalı müraciət edib. Kolumbiya Universitetinin sosioloqu Todd Qitlin iğtişaş, ziddiyyət, qeyri-sabitliyin Amerikada yeni hadisə olmadığını qeyd edib. Qitlin deyib: Amerikada ziddiyyət həmişə olub. Amerikanın bölünməzliyi sadəcə bir əfsanədir. Amerika prinsipləri əvvəlcədən mübahisəli mövzu olub. Amerikada milli düşüncə yoxdur, müqavilələr var.
Amerika mövcud olduğu 244 ildə saysız konfliklər yaşayıb. Vətəndaş müharibəsi, immiqrasiya, qadın hüquqları, abort haqqı kimi yüzlərlə problem yaşanıb.
Black Lives Matter (Qaradərililərin həyatı məna kəsb edir) hərəkatı 1960-cı illərdə Vyetnam müharibəsinə qarşı hərakatı xatırladır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir