ABŞ nüvə silahı agentliyinə hücum olub

BUSP-az.com AmericaRu-ya istinadən xəbər verir: Hakerlər Amerikanın nüvə təhlükəsizliyi üzrə milli mərkəzinin sisteminə yol tapa bilib. Amerikanın nüvə silahı ehtiyatları bu mərkəzdə saxlanılır. Energetika Nazirliyi və Nüvə təhlükəsizliyi üzrə milli mərkəz iddia edir ki, hakerlər masştablı casus əməliyyatlarından sonra sistemə nüfuz edə bilib. Ən azı 6 federal agentlik hədəfə alınıb. Şeylin Hayns (Shaylyn Hynes) bəyanat verib ki, hakerlər kritik zəruri bölmələrə daxil ola bilməyib. Ağ Ev həmişəki kimi heç bir dəlil göstərmədən Rusiya və Çini qaralayıb, hücumun bu ölkələr tərəfindən reallaşdığını iddia edir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir