ABŞ ordusunda zorlama hadisələri 32 faiz artıb

BUSP AmericaRu.com-a istinadən xəbər verir: Amerika hərbi akademiyasının hesabatına əsasən, orduda zorlama halları 32 faiz artıb. USAToday xəbər verir ki, zorlama hadisələrində ittiham olunanlar arasında kursantlarla yanaşı zabitlər də var. Bu cinayət hadisələri Pentaqonun hesabatında da yer alıb. Pentaqon rəsmisi Neyt Qelbriz zorlama faktlarının artmasını daha çox şikayətlərin artması ilə əlaqələndirib. Onun sözlərinə görə əvvəllər cinsi zorakılığa məruz qalanlar şikayət etməkdən çəkinirmişlər. “Müdafiəçilərimizin müdafiəsi” hüquq təşkilatının prezidenti Don Kristensen qeyd edib ki, cinsi zorakılıq faktlarının artması reallıqdır, bunu təkcə şəffaflıqla əlaqələndirmək olmaz.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir