ABŞ: Qaradərilini öldürən polislər azad edilir!

BUSP-az.com Latimes.com-a istinadən xəbər verir: Kentukkidə prokurorluğun Breonna Teylor işi üzrə qərarına etiraz aksiyaları başlayıb. 28 yaşlı qaradərili qadını evində güllələyən polislərin təqsirsiz sayılması qərarını ilk alqışlayan Tramp olub! Öz növbəsində Bayden – prezidentliyə namizəd – etirazçıları sakitliyə dəvət edib.
Çərşənbə günü minlərlə aksiyaçı Kentukkidə Luisvill küçələrinə çıxaraq prokurorluğun qərarını irqi ayrıseçkilik kimi dəyərləndirib.
Ötən mart ayı üç polis tibb işçisi olan Breonna Teylorun ünvanına gəlib. Gənc xanım narkotika saxlamaqda şübhəli sayılıb. Teylor qapını açmaqdan imtina edib və polisin açdığı atəş nəticəsində ölüb. Prokurorluq polisin şəxsi evə girmək cəhdini sadə antinarkotik reyd adlandırıb və onları təqsirsiz sayıb. Kentukkinin baş prokuroru Daniel Kemeronun etirazçılara cavabı lakonik olub: Kütlənin ədaləti ədalət deyil!

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir