ABŞ Ukrayna və Gürcüstanı bioloji bombaya çevirib!

ABŞ Ukrayna və Gürcüstanı bioloji bombaya çevirib! BUSP Ukrayna.ru-ya istinadən xəbər verir: Amerikanın Ukraynaya dəstəyi arxasında dayanan maraqlardan biri 13 ya 15 gizli bioloji laboratoriyanın mövcudluğudur. Bu laboratoriyaların varlığı artıq kimsəyə sirr deyil. Ukraynalı ekspert Renat Kuzmin gizli laboratoriyalarla bağlı faktlarla çıxış edir. Gürcüstanın sabiq təhlükəsizlik xidməti naziri  Qiorqadzenin bu barədə Trampa etiraz məktubu da maraqlıdır. Məktubda deyilir ki, amerikalılar Gürcüstan vətəndaşları üzərində gizli eksperimentlər aparır. İstər Ukrayna, istər Gürcüstandakı laboratoriyaların əsas işi bioloji silah, öldürücü viruslar hazırlamaqdır. ABŞ iki ölkə siyasətçiləri və ekspertlərinin sorğusunu cavablandırmır. ABŞ vətəndaşı Ulyana Suprunun səhiyyə naziri əvəzi təyin olması da bu laboratoriyaların fəaliyyətinə nəzarət üçün ola bilər. 2015-ci ildə Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşev Vaşinqtonun MDB ərazisində bakterioloji silah hazırlaması ilə bağlı rəsmi açıqlama vermişdi. Koronavirus hadisəsindən sonra mövzu yenidən gündəmə gəlib. Əvvəlcə Çin, ardınca Rusiya ABŞ-ın bu epidemiyada müqəssir olduğunu bildirib. Əslində ABŞ bioloji laboratoriyaları ilə 1972-ci il Cenevrə Konvensiyasını pozur. Bəzən öldürücü virus planlı şəkildə yox, sızma nəticəsində laboratoriyadan çıxır. Koronavirusla bağlı belə şübhələr ciddidir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir