Amazon Hitlerin təbliğində ittiham edilir!

BUSP-az.com AmericaRU.com-a istinadən xəbər verir: ABŞ-ın Amazon kompaniyası proqram nişanını dəyişib. Səbəb istifadəçilərin bu nişanla Hitlerin təbliğ olunduğunu iddia etməsidir. Amerika ticarət nəhənginin smartfon üçün loqotipinə baxan bir çox istifadəçilər gülümsəyən Hitleri – Faşist Almaniyasının başçısını görüb. Amazon bu loqotipi yanvar ayında təqdim etmişdi. Smartfon üçün nəzərdə tutulmuş loqotipdəki dişli lent Hitlerin bığına bənzədilib. Narazıların iddiasına görə, dişli lent parçası elə nöqtədə yerləşdirilib ki, onu gülümsəyən Hitlerə bənzətməkdən başqa yol qalmır. Amazona qarşı antiloqotip kampaniyası Tvitterdə vüsət alıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir