Amazon Pentaqona görə 10 milyard itirib

BUSP AmericaRu.com-a istinadən xəbər verir: Pentaqonla Amazon şirkəti arasında yeni servis müqaviləsi gizli hadisə deyil. Ümumiyyətlə Pentaqon adətən məşhur brendlərlə həmkarlıq edir. Amazonla Pentaqon arasında yeni servislə bağlı müqavilə Pentaqonun xəyanəti ilə qovluqda qalandan sonra məşhur Amazon 10 milyard dollar zərərə düşüb. ABŞ prezidenti Donald Tramp, müdafiə naziri Mark Esper, sabiq nazir Ceyms Mettis tərəfindən əldə olunmuş razılaşma Amazona xəbərdarlıq edilmədən pozulub və Pentaqon Microsoft şirkəti ilə müqavilə bağlayıb. Amazon aldadılması ilə bağlı 7 rəsmi şəxsə qarşı məhkəmə iddiası qaldırıb. Amazonun bu məhkəmə iddiasını udacağı ehtimalı zəifdir. Mətbuat Ağ Ev və Microsofta mövzu ilə bağlı sorğu göndərsə də cavab almayıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir