Amerika gəncləri koronavirusa davamlı deyil?

BUSP AmericaRu.com-a istinadən xəbər verir: Amerikalı epidemiolist professor Stefan S. Mors (Stephen S. Morse) koronavirusla bağlı maraqlı bəyanatla çıxış edib. Bu günə qədər virusoloqlar iddia edirdi ki, koronavirus daha çox immun sistemi zəif olan yaşlı nəsli hədəfə alıb. Ölüm statistikası da bu iddianı təsdiqləyirdi. Kolumbiya Universitetinin professoru Mors Amerikadakı statistikanın bu mülahizəyə zidd olduğunu bildirib. Professorun sözlərinə görə Amerikada gənclərin də yaşlı nəsillə eyni dərəcədə virusa yoluxma ehtimalı var. Qospitallaşdırılmış 508 pasientdən 38 nəfəri 20-54 yaş arasındadır. İntensiv terapiya üçün yerləşdirilən 121 nəfər 65 yaşdan aşağı yaşdadır. Professor Amerika gənclərini virus qarşısında yaşa güvənməməyə çağırıb.
Çində və digər ölkələrdəki statistika Amerikadakı statistika ilə uyğun gəlmədiyindən belə nəticə çıxarmaq olar ki, Amerika gənclərinin immun sistemi zəifdir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir