Amerika silahı bəşəriyyətə qarşıdır!

BUSP – TASS-a istinadən xəbər verir: Amerika silahın kimə qarşı işlənəcəyinə əhəmiyyət vermədən silah satan ölkədir. Dünya silah bazarında Vaşinqtonun əsas rəqibi Rusiya və Çindir. ABŞ Rusiya və Çindən silah almaqdan imtina edən ölkələrə imtiyaz verir. Bu proqram çərçivəsində 25 milyon dollar Xorvatiyaya, 50 milyon dollar Slovakiyaya pul ayrılıb. Adı çəkilən ölkələr bunun müqabilində Amerikadan hərbi maşın və hərbi helikopter alıb.
Silah satışında Vaşinqtonun sxemi belədir ki, maliyyə yardımı Amerika silah istehsalçısının büdcəsinə keçir. Silah istehsalçısı xarici ölkə ilə sövdələşmə aparır. ABŞ prezidenti Trampla ABŞ hərbi-sənaye kompleksi arasında razılaşma mövcuddur.
2013-2017-ci illərdə ABŞ-ın silah ixracı Rusiyadan 58 faiz çox olub. Qlobal silah satışının 34 faizi Amerikanın payına düşür. ABŞ-ın əsas müştərisi hazırda Yəmən xalqını qətliam edən Səudiyyə Ərəbistanı və Ərəb Əmirliyidir. Ötən 5 ildə ABŞ-ın silah ixracının 49 faizi Yaxın Şərq ölkələrinin payına düşür.
Amerika qadağan olunmuş 7 növ silahın əsas istehsalçısıdır: ekspansiv dum-dum güllələri, kimyəvi silah, napalm, piyada əleyhinə minalar, kaset hərbi sursatlar, bioloji silah, iqlim silahı.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir