Amerika xalqı Trampa zəhər göndərir!!

BUSP-az.com CNN-ə istinadən xəbər verir: ABŞ prezidenti Donald Trampa ünvanlanmış risin maddəsi olan zərf saxlanılıb. Risin təbii mənşəli zəhərli zülaldır. Bir duz tozu qədərində risin insanın ölümü üçün kifayət edir. Zərfdə zəhərin miqdarını müəyyənləşdirmək üçün analiz aparılıb. Ağ Evə daxil olan bütün poçt yükləri yoxlanılıb. Zərfi göndərən şəxsi uzunmüddətli həbs gözləyir. Məktub Kanadadan göndərilib. Ehtimal olunan cinayətkar həbs edilib. O ABŞ-dan Kanadaya keçmək istəyərkən saxlanılıb. CNN bu şəxsin qadın olduğunu bildirir.
Xatırladaq ki, Amerikada xalqın prezidentə risin göndərməsi ilk dəfə deyil. Belə zərf Obamaya da göndərilib. Sadə vətəndaşın öz həyatına risk edərək belə addım atması əslində prezidentə nifrətlə bağlıdır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir