Amerikada 3-cü Kolumb edam edildi!

BUSP-az.com AmericaRU-ya istinadən xəbər verir: Amerika boyu Xristofor Kolumbun heykəlləri aşırılır. Corc Floydun qətli ilə bağlı başlayan və Amerikanı silkələyən aksiyaçılar öz qəzəblərini həm də müqəddəsləşdirilmiş bütləri aşırmaqla sakitləşdirir. Aksiyaçılar bu heykəlləri rasizim, irqçilik simvolu kimi görür. Amerika kontinentini kəşf etmiş Kolumb anti-imperialist aksiyaların əsas hədəflərindəndir. Kolumb da Amerikada quldarlığın bünövrəsini qoyanlardan sayılır. Kolumbun birinci mücəssəməsi Virciniyada göldə batırıldı. İkinci heykəlin başını Bostonda qopardılar. Son edam Minnesotada reallaşıb. Kolumb çoxdan mübahisəli fiqur idi. Son illər Kolumb Günü Yerli Xalqlar günü kimi qeyd olunur, Kolumbun bu qitəyə gəlişi yerli xalqların terroruna başlanğıc kimi qiymətləndirilir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir