Amerikada afroamerikalılara qarşı amansızlıq güclənir

BUSP AmericaRu.com-a istinadən xəbər verir: Amerikada Afrika əsilli amerikalılara qarşı diskriminasiya yüksələn xətlə davam etməkdədir. Afroamerikalılar Avropa əsilli amerikalılarla eyni dindən olsalar da qaralar ağların kilsələrini ziyarət edə bilmir. Adətən qaraların kilsələri özlərinə məxsus kvartallarda yerləşir. Bu günlərdə 22 yaşlı Holden Metyuz Amerikanın gündəmini tutan hadisəyə imza atıb. Metyuz Luiziana ştatının cənubunda Sent-Lendri dairəsində 3 baptist kilsəsini yandırıb. On gün ərzində 3 kilsəni yandıran Metyuz bu işi gördüyünü etiraf edib. Ötən ilin mart, aprel aylarında baş vermiş hadisədə hər 3 kilsə yararsız vəziyyətə düşüb. İstintaq sorğusunda Metyuz deyib ki, o 1990-cı ildə Norveçdə baş vermiş hadisəni təkrarlayıb və Black Metal stilində musiqiçi kimi məşhurlaşmaq istəyib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir