Amerikada antirasizm aksiyaları davam edir

BUSP-az.com AmericaRU.com-a istinadən xəbər verir:  Neçə gündür ki, Bruklin-Senterdə etiraz aksiyaları davam edir. Minneapolisdə etirazçılarla polis arasında qarşıdurma davam edir. Qadın polis afroamerikalı Daunte Raytı (Daunte Wright) güllələyəndən sonra genişlənən aksiyalarda nümayişçilər polisin cəzalandırılmasını tələb edir. Vaşinqton dairəsinin prokuroru Pit Orput CNN-ə deyib ki, polis Kim Potterə qarşı ittiham irəli sürüləcəyi gözlənilir. Potter 20 yaşlı Daunte Raytı qətlə yetirib.

Hadisə polisin səhvi nəticəsində baş verib. Elektroşoker əvəzində silaha əl atan polisin səhvi nəticəsində afroamerikalı həyatını itirib. Hadisə baş verən gündən aksiyalar davam edir. Afroamerikalıların polis tərəfindən qətlə yetirilməsi o qədər adiləşib ki, qaradəriliyə atəş açan polis üçün cəzasızlıq fəzası yaranıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir