Amerikada inqilab qığılcımı

BUSP-az.com Rian.ru-ya istinadən xəbər verir: Cümə günü Nyu-York küçələrində aksiyalar başlayıb. Hələ ki polislə ciddi toqquşma qeydə alınmayıb. Amma irqçiliyə etiraz aksiyalarının Nyu-Yorka qədər genişlənməsi bir inqilbi mesajdır. Küçələrdə hərəkət edən aksiyaçılar “Qaradərililərin həyatı əhəmiyyətlidir” kimi şüarlar səsləndirir. Artıq inqilabi çağırışlar adiləşib. “Siz inqilabı dayandıra bilməzsiniz”, “Polis olmasa ağların harınlığı yoxdur”, “Qaradərili uşaqları qətlə yetirməyin” , “İrqçi rejimdə yaxşı polis olmur” şüarları hakim dairələri əndişələndirir.
20 yaşlı Dante Raytın 26 yaşlı qadın polis tərəfindən qətlə yetirilməsi ölkəni yenidən qarışdırıb. Qadın polis elektroşoker əvəzinə səhvən silahdan istifadə edib. Kim Potter adlı polisə qarşı hələ ki rəsmi ittiham irəli sürülməyib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir