Amerikada doğum səviyyəsi nə üçün aşağı düşür?

BUSP AmericaRU.com-a istinadən xəbər verir: Dünyanın bir çox ölkələrində, əsasən Avropa və Amerikada demoqrafik böhran yaşanır. Doğum sayının aşağı düşməsini araşdıran institutlar müxtəlif faktorlar göstərsələr də indi aydın olur ki, mühüm bir faktor nəzərdən qaçırılıb. Health Affairs jurnalının araşdırmalarına əsasən Amerikada bir doğuş ailəyə 4500 dollara başa gəlir. Bu faktor digər faktorlardan daha təsirlidir. Aztəminatlı ailələrin hər doğuşa belə bir məbləğ ödəməsi çətin məsələdir. Əgər doğuşda hansısa problem yaranarsa bu məbləğ daha böyük ola bilər. Sığortanı nəzərə alsaq belə doğuş xərci ailə büdcəsinə böyük zərbədir. Hamiləlik dövrünün də öz xərcləri var. Hamiləlik dövründə qadınların tibbi nəzarət altında olmaması uşaq ölümünün də sayına ciddi təsir göstərir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir