Amerikada iş başında intiharlar artır

BUSP AmericaRu.com-a istinadən xəbər verir: Amerikada intiharların artması gündəmdə olan əsas problemlərdəndir. Amma iş başında intiharlar yeni problem kimi araşdırılır. Amerikalıların bir çoxu birbaşa iş başında intihar edir. 2018-ci ildə iş başında intiharların sayı 11 faiz artaraq 304 nəfərə çatıb. Əvvəllər ekspertlər iş başında intiharları da şəxsi həyat və sağlamlıqla əlaqələndirirdi. Bu intiharların işə aidiyyatı olmadığı düşünülürdü. Amma hazırda bu intiharların işlə bağlı olması araşdırılır. United Suicide Survivors hüquq müdafiə təşkilatının prezidentinin prezidenti Salli Spenser-Tomas bildirir ki, istehsalda intiharların birbaşa işlə bağlı olması diqqət mərkəzimizdədir. İş şəraitinin sağlam olması bu mövzuya təsirlidir. Ötən il intiharı araşdıran bir çox qruplar iş şəraitinin dəyişməsi ilə bağlı layihələr təklif edib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir