Amerikada müəmmalı qətllər davam edir

BUSP NBCnews.com-a istinadən xəbər verir: ABŞ-da Şimali Karolinada bir ailənin 7 üzvü qətlə yetirilib. Çatem dairə polisinə verilən məlumata əsasən istirahət günü öldürülən 7 nəfər bir ailənin üzvüdür. Polis zabiti Sara Pek bildirib ki, qətlin motivi aydın deyil. Hadisə Rolidən 30 mil aralı Monkuredə baş verib. Məntəqəni tanıyanlar bildirir ki, bu yer cinayətkarlıqdan uzaq sakit bir guşədir. Qətlə yetirilənlər bir ərazidə müxtəlif evlərdə aşkarlanıb. Ehtimal edilir ki, qatil öldürülənlərdən biridir. Qətlə yetirilənlər: 67 yaşlı Cini Rey, 93 yaşlı Helen Meyson, 73 yaşlı Ellis Mensfild, 54 yaşlı Liza Mensfild, 41 yaşlı Con Pol Sanderford, 39 yaşlı Nikol Sanderford, 66 yaşlı Larri Reydir.
Amerikada ailə və məişət zəminində qətl kimi dəyərləndirilən belə qətllər buma çevrildiyindən şübhələr daha çox ABŞ cəmiyyətindəki psixoloji duruma yönəlir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir