Amerikada rusofobiya güclənir

BUSP-az.com RG.ru-ya istinadən xəbər verir: Rusiyanın ABŞ-dakı səfirliyi Vaşinqtonun Moskvaya qarşı artan sanksiyalarını rusofobiya – ruslara nifrət cərəyanının güclənməsi kimi dəyərləndirib. Rusiya prezident administrasiyasının rəis müavini Peskov Ağ Evin sanksiyalarını qeyri-qanuni, əslində BMT TŞ-nin səlahiyyətində olan qərar kimi dəyərləndirib. Vaşinqtonun Rusiyanın üç müdafiə sənayesi müəssisəsinə qarşı sanksiyası bu müəssisələrin Tehran, Pxenyan, Dəməşqlə əməkdaşlığı ilə əlaqələndirilir. Vaşinqton bu ittihamlarına heç bir dəlil göstərmir. Bütün bunlar ABŞ-da anti-rus ruhiyyəsinin güclü olmasına dəlildir. Rusiya səfirliyinin Amerikanın sanksiyalarını rusofobiya ilə əlaqələndirməsini ekspertlər də ciddi mülahizə kimi dəyərləndirir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir