Amerikada striptiz klublar bağlanır!

BUSP AmericaRu.com-a istinadən xəbər verir: Las-Veqasda koronavirusa görə striptiz klublar bağlanır, srtip-şoular qeyri-müəyyən müddətə dayandırılır. Koronavirus pandemiyasının dünyada böhran yaşatmadığı sahə qalmayıb. Hətta virusa yoluxmamış bölgələrdə yaşanan həyəcan epidemiya mərkəzlərini geridə qoyur.
Amerikanın Las-Veqas rayonunda COVİD-19 pandemiyasına görə striptiz klubların, srtip-şou proqramlarının fəaliyyətinin dayandırılması 14 martda rəsmən elan olunub. Kosmopoliten klubu məşhur “Spiegelworld – Opium” proqramına fasilə verib. Məşhur “Cirque du Soleil” şou-sirki də işinə fasilə verib. Təkcə bu sirkdə 1500 nəfər qeyri-müəyyən müddətə məzuniyyətə göndərilib. Pandemiya şəraitində striptiz klublar kimi əxlaqsızlıq yuvalarının bağlanmasını çoxları razılıqla qarşılayıb. Təəssüf ki, virus yaxşı ilə pis, xeyirlə şər arasında fərq qoymur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir