Amerikanın 26 hərbi gəmisində COVİD-19 aşkarlanıb

BUSP TheHill.com-a istinadən xəbər verir: Amerikanın Teodor Ruzvelt aviadaşıyıcısında COVİD-19 qalmaqalı səngiməmiş daha 25 hərbi gəmidə virus aşkarlanıb. 14 gəmidə isə virusa yoluxanlar qismən sağalıb. Bütün gəmilər növbədədir və Tramp hərbi komandanlığın gəmiləri boşaltmaq təklifini rədd edib. ABŞ hərbi dəniz qüvvələri Amerikada virusa ən çox yoluxmuş sahədir. 1300 dənizçinin hazırda COVİD-19-a yoluxduğu rəsmən təsdiqlənib. Ekspertlər isə Amerika ictimaiyyəti, hətta səhiyyə üçün bağlı olan bir sahədə statistikanın formal olduğunu düşünür. Amerika dünyada koronavirusa yoluxma siyahısına liderlik etməkdədir. Hərbi gəmilərin epidemiya ocağına çevrilməsi isə böyük faciə ilə başa çata bilər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir