Apple 1,1 mlrd cərimələndi

BUSP Iguides.ru-ya istinadən xəbər verir: Fransa Apple-ni 1,1 milyard avro cərimələyib. Səbəb Apple-nin antimonopoliya qanununu pozmasıdır. Fransa antimonopoliya təşkilatı Apple-nin cərimələnməsini rəsmən təsdiqləyib. Apple ilə yanaşı bu brendin Tech Data və Ingram Micro satış partnyorları 76,1 və 63 mln avro cərimə ödəyəcək. Apple bu iki satış şəbəkəsi ilə razılığa gəlib ki, rəqabətə son qoyulsun. Antimonopoliya təşkilatının başçısı İzabel de Silva deyib ki, Apple bu addımı ilə öz rəqiblərini çirkin üsulla meydandan çıxarmaq istəyir.
Apple-yə qarşı 1,1 mlrd-lıq cərimə Fransa tarixində ən böyük cərimədir. 2015-ci ildə Orange SA 350 mln avro cərimələnmişdi. Fransa ötən il Google-ni 150 mln avro cərimələyib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir