Apple avtomobil bazarına “quyu qazır”!

BUSP-az.com Rian.ru-ya istinadən xəbər verir: Apple-nin avtomobil bazarını fəth etmək planları yubanır. 2021-ci ilə vəd edilmiş Apple Car 2024-cü ildə müştərilərə təklif oluna bilər. Avtomobilin fərqli texnologiyalarla təchiz ediləcəyi kimsədə şübhə yaratmır. Amma şirkətin monopolist xarakteri, məhsulu maya dəyərindən qat-qat baha satmaq xasiyyəti müştərilərin sayına təsir edir. Bəli, Apple imkanlı təbəqənin brendidir və Apple Car da imkanlı təbəqə üçün, “Apple-nin müştəriləri” üçün nəzərdə tutulur.

Apple avtomobil üzərində işə 2014-cü ildə başlayıb. Layihə Project Titan adı ilə məşhurdur. 1976-cı ildə yaradılmış Apple-nin işi personal və planşet kompyuter, audiopleyer, telefon, ağıllı saat istehsalıdır. Məhz bu sahədə texnoloji biliklər Apple Car-ı bazarın lider maşınına çevirə bilər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir