Apple Fire-dan 8 min insan evakuasiya edilib

BUSP-az.com AmericaRu-ya istinadən xəbər verir: Kaliforniya yenə od içindədir. Apple Fire-dan 8 min nəfərin evakuasiya edildiyi bildirilir. Yanğının səbəbləri aydın olmasa da isti və quraqlıq amilləri mövcuddur. Riversayd dairəsinin yanğından mühafizə idarəsi 7800 nəfərin evakuasiya edildiyini bildirib. Yanğın cümə günü axşam saat 5-də başlayıb. Ölən və yaralananlar haqqında heç bir məlumat yoxdur. Meşə yanğınına görə Apple Fire-dan köçürülən insanlar həmin regionda yerləşdirilir. Yerli otel və məktəblərdən evakuasiya mərkəzi kimi istifadə olunur. Apple Fire-ın 12 min akr ərazisi yanıb. Koronavirus pandemiyasının tüğyan etdiyi Amerikada meşə yanğınları vəziyyəti daha da gərginləşdirir. Artıq Tramp hökuməti ölkədəki fəlakətlərə nəzarət etmək gücünü itirib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir