Apple-in 6G rabitəsi kimə lazımdır?!

BUSP-az.com Bloomberg-ə istinadən xəbər verir: Apple kabelsiz 6G texnologiyasını yaratmaq üçün mühəndislər axtarışına başlayıb. Bu sahədə Apple-in əsas rəqibi Çin kompaniyalarıdır. Apple rəhbərliyi düşünür ki, 6G texnologiyası məhsulların daha rahat satılmasına kömək edəcək. Mütəxəssislərin nəzərincə, 6G 2030-cu ildən tez reallaşa bilməz. 6G-də sürət 5G-dən 100 dəfə çox olmalıdır.
Maraqlıdır ki, 5G ilə bağlı etirazlar gücləndiyi bir zamanda 6G ideyası necə qarşılanacaq? Təbii ki, Apple-i həmişəki kimi qazanc maraqlandırır. İnsan sağlamlığı, ekoloji təmizlik brendlər üçün heç bir məna kəsb etmir. Dünyanın aparıcı 2000 elm xadimi və 1400 həkiminin iştirakı ilə aparılmış tədqiqatların nəticəsinə əsasən, 5G texnologiyası insan orqanizmi üçün təhlükəlidir. 5G-nin tətbiqindən əvvəl heç bir təcrübə aparılmayıb. Onun elektromaqnit hissəciklərinin zərəri böyükdür. Bu hissəciklər insanlarda xərçəng xəstəliyi, genetik pozulma, stress, reproduktiv sistemin dəyişikliyi, yaddaş problemi yaradır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir