Apple vədlərinə əməl edirmi?



BUSP RBC.ru-ya istinadən xəbər verir: Apple-in Siri istifadəçiləri öz audio yazılarının Apple tərəfindən dinlənilməsini böyük narazılıqla qarşılamışdı. Apple bəyanat verdi ki, bundan sonra Siridəki audio yazılar saxlanılmayacaq və dinlənilməyəcək. Ən azı bu audio yazıların dinlənilməsi üçün qurğu sahibinin icazəsi lazım olacaq. The Guardian xəbər verir ki, bu yazılar işin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə dinlənilməli olsa da operatorlar istədikləri vaxt audio yazıları aça bilir. Bu arada Microsoft rəsmən etiraf etdi ki, Skype istifadəçilərinin və Cortana səs köməkçisinin audio yazıları zəruri məqamlarda dinlənilir. Hətta Google istifadəçilərin öz səs köməkçisinə verdiyi komandaların dinlənildiyini təsdiqlədi. Maraqlıdır ki, bu xoşagəlməz halların aradan qaldırılması ilə bağlı verilən vədlər yerinə yetirilirmi?!



Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir