Assоciated Press: ABŞ hərbçilərinin silahları quldurların əlində!

BUSP-az.com İZ.ru-ya istinadən xəbər verir: ABŞ hərbçilərinin silahları quldurların əlinə düşüb. Assоciated Press-in jurnalistləri aydınlaşdırıb ki, ən azı 1,9 min silah quldurların ixtiyarındadır. Silahların bir hissəsi oğurlanıb, bir hissəsinin anbarlardan necə yoxa çıxması məlum deyil. Yatmış əsgərlərin silahlarının oğurlanması faktları da var. Söhbət Beretta M9 tapançasından tutmuş ağır pulemyotlara qədər silahları əhatə edir. Pentaqon hesab edir ki, hər il orduya milyonlarla silah daxil olduğundan min silahın itməsi adi bir hadisədir. Hansı ki, xüsusilə qanunsuz yolla əldə edilən silahlar adətən dinc əhaliyə qarşı yönəlir. Bu silahlar qeydiyyata düşmədiyindən ədətən cinayətkar əməliyyatlarda istifadə olunur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir